Əsəd Qərbə meydan oxudu: “Miqrantları geri qaytarın”
Bizi izləyin

Dünya

Əsəd Qərbə meydan oxudu: “Miqrantları geri qaytarın”

“Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi quru əməliyyatları planlaşdırır”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

Onun sözlərinə görə, indi Suriya daha bir risk qarşısında qalıb. B.Əsəd deyib ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya qarşı hər an hərbi əməliyyat keçirə bilər:

“Biz Suriyanın bütün ərazisinə əvvəlki kimi nəzarəti bərpa edəcəyik. Ancaq bunun üçün müəyyən zaman lazımdır. Türkiyə və Səudiyyə Ərəbistanı olmasa, bu, daha tez ola bilər. İndi biz Türkiyə və Səudiyyə Ərəbistanının güclü təzyiqi ilə qarşı-qarşıyayıq. Bu ölkələrin ərazimizə qarşı hərbi əməliyyatlar keçirməsi riskləri var. Lakin biz də Suriya olaraq öz ölkəmizi onlardan qorumaqda aciz deyilik. Suriya ordusunun Hələbdə terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatların əsas məqsədi ilk növbədə Türkiyə ilə Hələb arasında yaradılan süni koridorun kəsilməsidir. Biz mübarizəmizi davam etdirəcəyik. Avropaya gedən suriyalı miqrantların da günahkarı Qərbdir. Əgər Qərb cinayətkar və təcavüzkar fəaliyyətini dayandırıb Suriya torpaqlarından əlini çəksə, o zaman miqrant böhranı ilə üzləşməzdi. Mən Avropadan həmin suriyalı miqrantların öz Vətənlərinə təhlükəsiz şəkildə qayıtmasına şərait yaradılmasını istəyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm