Magazin1
Brilliantın bacısından evli kişidən övladı olması məsələsinə AÇIQLAMA - VİDEO
Xalq artisti Brilliant Dadaşovanın bacısı, Rəfael
Dadaşovun keçmiş həyat yoldaşı, aktrisa Sədaqət Dadaşova "Zuhal
Topalla izdivaç" verilişindəki iştirakını davam
etdirir.
Axşam.az-ın məlumatına görə, proqramın dünənki buraxılışında
aktrisa üçün Murad adlı bir namizəd gəlib.
Murad İstanbulda yaşadığını və 68 yaşı olduğunu deyib. İki oğlu
var. S.Dadaşova Muradın çox alicənab olduğunu deyib və onunla tanış
olmaq üçün çay içmə dəvətini qəbul edib.
S.Dadaşova bir neçə gün əvvəl verilişdə evli kişi ilə eşq
yaşaması və ondan övlad dünyaya gətirməsi ilə bağlı verdiyi
açıqlamalara da aydınlıq gətirib:
"Türk dilini yaxşı bilmirəm. Ona görə də sözləri düz ifadə
etmədim. Hamıya bildirmək istəyirəm, 4 övladım var. Hamısı da bir
atadan və anadandır. O gün verdiyim açıqlamalar səhv anlaşıldı.
Azərbaycanda hər şey bir-birinə qarışdı".
Qeyd edək ki, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı olan Sədaqət Oqtay adlı bir kişi üçün namizəd olmuş, sonra onunla razılığıa gəlməmişdi. Verilişdə iştirakını davam etdirən aktrisa üçün Asif adlı kişi zəng vurub, onunla 27 il əvvəl sevgi yaşadığını demişdi. Asifin dediklərini təsdiqləyən S.Dadaşova ondan bir övlad dünyaya gətirdiyini də bildirmişdi:
"Onunla 7 il eşq yaşadıq. Ailəli idi, övladları da varıydı. Mənə
dedi ki, uşaq dünyaya gətir, sənlə evlənim. Mən də uşaq dünyaya
gətirdim, amma sözündə durmadı. Dörd övladım var. Onlardan biri bu
kişidəndir. Digər üç övladımın atası isə əmim oğludur (xalq artisti
Rəfael Dadaşov – red.). Əbəs yerə buraya zəng edib. Bizim aramızda
hər şey bitib”.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov