ABŞ-dan Əsədə XƏBƏRDARLIQ - Suriyaya qoşun yeridilə bilər
Bizi izləyin

Dünya

ABŞ-dan Əsədə XƏBƏRDARLIQ - Suriyaya qoşun yeridilə bilər

ABŞ-ın dövlət katibi Con Kerri Amerikanın Suriyada yerüstü əməliyyatın keçirilməsi ehtimalından danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət katibi Suriya hakimiyyətinə hökumət qoşunlarının atəşkəs rejiminə riayət etməyəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə əlavə quru qoşunları yeritməsi haqqında xəbərdarlıq edib.

"Əgər Bəşər Əsəd öhdəliklərə əməl etməsə, Rusiya və İran da onu buna məcbur etməsə, beynəlxalq ictimaiyyət bunu sadəcə müşahidə etməklə kifayətlənməyəcək", – deyə Kerri əlavə edib.

O qeyd edib ki, Suriya hakimiyyəti barışıq planının şərtlərini yerinə yetirməsə, əlavə quru qoşunlarının Suriyaya göndərilməsi ehtimalı qaçılmazdır.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Dövlət Departamentinin rəhbərini Suriyada barışıq sazişi üçün Vaşinqtondan əsas elçi təyin edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm