Dünya
İranla Türkiyə razılaşdı
Bu ilin birinci yarısı ərzində Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana rəsmi səfər edəcək.
Publika.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan İranın xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini İbrahim Rahimpur Türkiyə Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Feridun Sinirlioğlu ilə keçirdiyi görüş zamanı bildirib.
İranlı nazir müavini deyib ki, 2016-cı ildə İran prezidenti Həsən Ruhani də Türkiyəyə səfər edəcək. Onun sözlərinə görə, hər iki səfərin proqramına hazırlıq işləri başlanılıb: “Prezident Həsən Ruhani Türkiyəyə səfəri zamanı Ankarada keçiriləcək İran-Türkiyə İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşəcək”.
İranın Ankaradakı səfiri Əlirza Bikdel isə qeyd edib ki, Türkiyə ilə İran arasında ümumi ticarət dövriyyəsi həcminin 35 milyard dollara çatdırılması nəzərdə tutulub: “Bunun üçün də iki ölkə arasında qarşılıqlı səfərlər reallaşdırılacaq. Yaxın günlərdə isə Türkiyə Sənayeçiləri və İş adamları Dərnəyinin (TUSİAD) rəhbərliyi İrana səfər edəcək. Səfər zamanı iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığı və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq”.
Vasif Həsənli
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir