Dünya
İran Səudiyyə ilə əməkdaşlığa hazırdır
“Suriya məsələsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazırıq”.
Publika.az İran mətbuatına istinadən xəbər
verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
Almaniyanın Münhen şəhərində təhlükəsizlik məsələləri ilə bağlı
keçirilən toplantıda çıxış edərkən deyib.
O bildirib ki, Tehranla Ər-Riyad öz aralarındakı ixtilafları həll edərək regionda bir-biri ilə əməkdaşlıq etməlidir:
“İranla Səudiyyə Ərəbistanı Suriyada ortaq mənafe və maraqlara malikdirlər və elə həmin səbəbə görə də onların bir-biri ilə əməkdaşlıq etməsi vacibdir. Hesab edirik ki, bölgədə həlli mümkün olmayan problem yoxdur. Biz Səudiyyə Ərəbistanı və Türkiyədəki qardaşlarımızla əməkdaşlıq etməklə regiondakı bütün problemləri birlikdə həll edə bilərik. Ümid edirəm ki, Münhendə aparılan müzakirələrdə böyük insani faciəyə gətirib çıxarmış Suriyadakı böhranın aradan qaldırılması üçün məntiqli bir həll yolu tapılacaq və bu problemə son qoyulacaq”.
Rübabə
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!