ABŞ Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir
Bizi izləyin

Dünya

ABŞ Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir

ABŞ müvəqqəti olaraq Cənubi Koreyaya Patriot raketlərinin batareyalarını yerləşdirir.

Publika.az Amerikanın səsi-nəistinadən xəbər verir ki, bu addım Şimali Koreyanın nüvə silahı və uzunmənzilli raket sınaqlarına cavab mahiyyəti daşıyır. Ordu generalı Tomas Vandalın bildirdiyinə görə, bu addım Şimaldan gələ biləcək mümkün hücumlara hazırlıq deməkdir.

Seulun müdafiə rəsmiləri gələcək həftələr ərzində əlavə müdafiə təchizatının Cənubi Koreyaya yerləşdirilməsinə dair ABŞ-la Cənubi Koreya arasında danışıqlar keçiriləcəyini təsdiq edib.

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın uzu mənzilli raketi sınağı keçirməsini kəskin qınayıb.

Pxenyan peyk adlandırdığı raketin ölkənin şimal-qərb bölgəsində Çinlə sərhəd yaxınlığındakı Tonqçanqri peyk mərkəzindən buraxıldığını bildirib.

THAAD müdafiə sistemi

Vaşinqton və Seul arasında keçən həftə terminal Yüksəklikdən Müdafiə Məkanı (THAAD) sisteminin yardılmasına dair razılıq əldə edilib.

Sistemin harada və nə zaman quraşdırılacağına dair məlumat veriləsə də, bunun mümkün qədər yaxın zamanda baş tutacağı deyilib.

Rəsmilər THAAD-ın yalnız Cənubi Koreyanın müdafiəsi məqsədi daşıdığını bildirib.

Çin və Rusiya şikayətçidir

Çin və Rusiya Amerikanın Çənubi Koreya ilə bağlı mövqeyindən narazılıqlarını ifadə edib.Çinin xarici işlər naziri Uanq Yi müdafiə sisteminin Çinin strateji maraqlarına zidd olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm