"İndependent" qəzeti yayımını dayandırır
Bizi izləyin

Dünya

"İndependent" qəzeti yayımını dayandırır

İngiltərənin “İndependent” qəzeti və bazar günü çıxarılan buraxılışı “İndependent on Sunday” mart ayının sonunda yayımı dayandıracaqlarını açıqlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə məlumat İngiltərə mətbuatında yer alıb.

Məlumata görə, qərarı qəzetin rəhbəri Evqeni Lebedev açıqlayıb.

Qəzetin 150 işçisindən neçəsinin işdən çıxarılacağı barədə məlumat verilməyib.

Lebedev 30 illik qəzetin onlayn davam edəcəyini bildirib: “Qəzet sənayesi dəyişir və bu dəyişmə oxucularla birlikdə baş verir. Bizə gələcəyin rəqəmsal olduğunu göstərirlər. Qərar “İndependent” markasını qoruyacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm