Sağlamlıq
Beyin inkişafı üçün effektli bitki və ədviyyatlar
Bitki və ədviyyatlar yağ yandırmaqdan, bədən quruluşunu qorumaqdan tutmuş xəstəliklərlə mübarizəyə qədər bir çox məsələdə insan orqanizminin köməkçisidir. Sən demə, bu möcüzəli qidalar beyin sağlamlığı üçün də faydalıdır.
Publika.az-ın “Sağlamlıq” bölməsi bu yazıda yaddaşı gücləndirən, altshaymer xəstəliyinin qarşısını alan faydalı bitki və ədviyyatların siyahısını tərtib edib.
Cəfəri və kəklikotu
Braziliyada aparılan bir araşdırmada cəfəri və kəklikotunun tərkibindəki flavonoidin neyronlar arasındakı əlaqələri və kök hüceyrələri gücləndirdiyi məlum olub. Qeyd edək ki, bu bitkilərin müsbət təsiri uzun müddət davam edir. Araşdırmada cəfəri ilə kəklik otunun alzeymer və parkinson xəstəliklərini aradan qaldırdığı da açıqlanıb.
Çobanyastığı
Streslə mübarizədə ən güclü vasitə çobanyastığı çayıdır. Çobanyastığının beyin üzərindəki möcüzəvi faydasının sirri tərkibindəki komponentlərdir. Bu komponentlər stresin azalmasını təmin edir.
Sarıkök
Los-Ancelesdəki Cedars-Sinai tibb mərkəzinin alimləri sarıkökün tərkibində olan kurkumin piqmentinin iflic keçirən xəstələrin beyin hüceyrələrinin yenilənməsinə kömək edə biləcəyini müşahidə edib.
Heyvanlar üzərində araşdırma aparan Paul Lapçak əldə etdikləri nəticələrdən razı qaldıqlarını açıqlayıb. O, sarıkökdən iflic xəstələri üçün yeni dərman hazırlayacaqlarını deyib. Paul Lapçak bu dərmanın iflicin zərər verdiyi beyin hüceyrələrini bərpa edəcəyini söyləyib.
Sarıkökdə olan komponentlər alzeymer xəstələrinin beyinlərindəki valların təmizlənməsinə kömək etdiyi də deyilir.
Adaçayı
Adaçayının beyin üzərindəki ən böyük faydası yaddaşı inkişaf etdirməsidir. Lakin bu bitkinin istifadəsində diqqətli olmaq lazımdır. Bunun səbəbi isə, adaçayının bəzi insanlar üçün təhlükəli ola bilməsidir. Məsələn, yüksək təzyiq xəstələrində adaçayı istehlakı, təzyiqin daha da yüksəlməsinə yol aça bilər.
Siyahıdakı ədviyyat və bitkilərin beyin üçün faydalı olduğu laboratoriyada öz təsdiqini tapsa da, beynin inkişafı üçün sağlam qidalanma da şərtdir.
Aytən
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı