Evi geniş və işıqlı göstərmək üçün MƏSLƏHƏTLƏR
Bizi izləyin

Dizayn

Evi geniş və işıqlı göstərmək üçün MƏSLƏHƏTLƏR

İnteryerdə bir neçə qaydaya əməl etməklə kiçik otaqları olduğundan geniş və işıqlı göstərə bilərsiniz.

Evinizi yenidən yaratmaq üçün Publika.az-ın məsləhətlərinə əməl edin.

*Açıq rəngli divarlar

Açıq rənglər otağı olduğundan daha böyük göstərir. Divar kağızından istifadə edəcəksinizsə, yenə də açıq rənglərə və sadə naxışlara üstünlük verin.

*Güzgülər

Güzgü şıq detallardan biridir. Həm də o, otağı olduğundan daha geniş və işıqlı göstərir. Divarları güzgülərlə bəzəyə və ya bir divarı başdan-ayağa ayna edə bilərsiniz. İri və çərçivəsiz aynalardan istifadə etməyiniz məsləhətdir.

*Qapalı rəflər

Adətən, evin salonunda açıq rəflərdən geniş şəkildə istifadə edilir. Belə rəfləri əşya və aksessuarlarla bəzəyib evinizi şıq göstərmək istəməyiniz normaldır. Ancaq bu salonu olduğundan daha kiçik göstərəcək. Ona görə də, qapalı rəflərdən istifadə edin. Bu, salona daxil olarkən gözlərin yorulmasının qarşısını alacaq.

*Pərdələr

Pəncərələrə pərdə taxmasanız, daha yaxşı olar. Ancaq mütləq pərdədən istifadə etmək istəyirisinizsə, açıq rəngli pərdələrə üstünlük verin.

*İşıqlandırma

Bir çox insan otağı bir nöqtədən işıqlandırmağa üstünlük verir. Ancaq kiçik otaqları fərqli nöqtələrdən işıqlandırmaq məsləhətdir. Otağın künclərinə şıq lampalar qoyun.

*Doğru mebel seçimi

Dəbdəbəli, tünd rəngli divan-kreslolardan uzaq durun. Sadə, müasir təzdə, açıq rəngli yumşaq mebellərə üstünlük verin.

*Şəffaf masa və stullar

Masa, stul və jurnal masası alarkən açıq rəngli materialdan hazırlanmış, üstü aynalı modellər seçin.

*Xalı-xalça seçimi

Əsas qayda yenə də dəyişmir. Xalı və xalçaların açıq rəngdə olanlarına üstünlük verməlisiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm