Ehtiraslı Zema yəhudi rəqqasəni Bakıya gətirir – VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Ehtiraslı Zema yəhudi rəqqasəni Bakıya gətirir – VİDEO/FOTOLAR

Məşhur azərbaycanlı teleaparıcı Zemfira Adıgözəlova İsrailin ünlü oriyental rəqqasəsini Azərbaycana gətirir.

Publika.az-a açıqlama verən Adıgözəlova bildirib ki, əslən yəhudi olan rəqqasə Anjela Ruvinov paytaxt Bakının qonağı olacaq. Belə ki, rəqqasənin səfəri işgüzar xarakter daşıyır. O, bir neçə telekanalda qonaq olmaqla yanaşı, paytaxtda fəaliyyət göstərən elit restoranlardan birində də səhnə alacaq.

“Anjela 4 yaşına kimi Bakıda yaşayıb. Əslən yəhudidir. Uşaqlıqdan İsrailə köçüblər. O vaxtdan bu günə kimi Azərbaycanda olmayıb. Ən böyük arzusu Brilliant Dadaşovanı görməkdir. Onun “Vokaliz” mahnısına da rəqs qurub. Hətta qatıldığı rəqs festivallarında belə Brilliant Dadaşovanın mahnısı ilə tədbirlərin açılışını edib. Novruz bayramı ərəfəsində Bakımızın qonağı olacaq”, -aparıcı deyib.

Qeyd edək ki, Zemfira Adıgözəlova təşkilatçı kimi maraqlı layihələrə imza atıb. O, yerli müğənnilərlə yanaşı, Ukraynanın ən məşhur oryiental rəqqasəsi Alla Kuşnirin də Bakıda konsertini təşkil edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm