“Əks halda, Əsəd güc yolu ilə devriləcək”
Bizi izləyin

Dünya

“Əks halda, Əsəd güc yolu ilə devriləcək”

“Suriya prezidenti Bəşər Əsəd böhranın siyasi yolla nizama salınmasının müvəffəqiyyətsizliyi halında güc yolu ilə devriləcək”.

Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin başçısı Adil Əl-Cubeyr bildirib.

“Məndə Əsədin gedəcəyinə dair heç bir şübhə yoxdur. Bu ya hakimiyyətin siyasi keçidi çərçivəsində olacaq, ya da o, güc yolu ilə devriləcək”, - səudiyyəli nazir deyib.

Onun sözlərinə görə, Ər-Riyad Suriya böhranının sülh yolu ilə nizamlanması üzərində işləmək niyyətindədir: “Sülh danışıqları müvəffəqiyyətsizliyə uğrayacağı halda, buna görə məsuliyyət Suriya hakimiyyəti və onun müttəfiqlərinin üzərinə düşəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm