“Rusiya ermənilərə silah verməklə...” – Sukakovdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Rusiya ermənilərə silah verməklə...” – Sukakovdan ŞOK AÇIQLAMA

“Rusiya Ermənistana silahlar verməklə Azərbaycana Qarabağla bağlı xəbərdarlıq edir”.

Publika.az
xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Aleksandr Sukakov deyib.

O, bu xəbərdarlığın Türkiyə və NATO-ya da aid olduğunu vurğulayıb.

“Silahların məhz indi verilməsi o deməkdir ki, Rusiya Qarabağda hər-hansı hərəkətlənməyi qəbul etmir və hansısa kiçik addım neqativ nəticələrə gətirib çıxara bilər. Türkiyə NATO üzvüdür. Ona görə də Qarabağda gərginlik məsələsində NATO da ehtiyatlı davranır. Bu baxımdan, Rusiyanın mesajı Azərbaycanla yanaşı, həm də Türkiyəyədir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Ermənistana 200 milyon kredit anlaşması çərçivəsində “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odpüskürənləri, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri verir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm