1 milyon avtomobil geri çağırılır
Bizi izləyin

Avtopublika

1 milyon avtomobil geri çağırılır

Amerika Birləşmiş Ştatlarının nəhəng avtomobil konserni "General Motors" bütün dünyada daha 1 milyona yaxın azlitrajlı avtomobilini geri çağırıb. Geri çağırışa həmin avtomobillərin alışdırma kilidi ilə bağlı problemlərin əsas verdiyi bildirilir. Araşdırmalar göstərib ki, həmin nasazlıq yüzlərlə insidentə və azı 12 nəfərin ölümünə səbəb olub.



"General Motors" konsernindən bildirilib ki, geri çağrılan avtomobillər, əsasən, 2007-2011-ci illərdə istehsal edilən və Amerika Birləşmiş Ştatlarında satılan avtomobillərdir.



Xatırladaq ki, bu ilin fevralında da şirkət 1,6 milyondan çox köhnə model avtomobilini geri çağırmışdı./Associated Press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm