Funda Arar Miri Yusifin mahnısından danışdı - VİDEO
Bizi izləyin

Magazin1

Funda Arar Miri Yusifin mahnısından danışdı - VİDEO

Türkiyəli müğənni Funda Arar azərbaycanlı müğənni Miri Yusifin “Bağışla” mahnısı ətrafında yaranmış qalmaqalla bağlı açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsertdən sonra sənətçi jurnalistlərin suallarını cavablandırıb. Türkiyəli müğənni “Bağışla” adlı mahnının oğurluq olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib: “Burada mənim səhvim olmayıb. Çünki biz mahnını Azərbaycanda ona aid olduğunu deyən başqa birindən almışdıq”.

Xatırladaq ki, türkiyəli müğənni Miri Yusifin “Bağışla” mahnısını yeni albomuna əlavə edib və ona klip çəkdirib. Lakin mahnıya müəllifin adını yazmaması məhkəmə predmetinə çevrilib. Belə ki, M.Yusif Ararı məhkəməyə verərək ona qalib gəlib.

Qeyd edək ki, qarşı tərəf mahnını gənc bəstəkar MC Muraddan aldığını bildirmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm