Ən problemli maşınların siyahısı açıqlandı
Bizi izləyin

Avtopublika

Ən problemli maşınların siyahısı açıqlandı

J.D Pover analitik şirkəti tez-tez problem yaradan avtomobillərin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, şirkətin apardığı araşdırma nəticəsində avtomobillərə nə qədər çox yeni texnoloji nailiyyətlər tətbiq olunursa, bir o qədər avtomobil sahiblərinin problemlərdən şikayətləndiyi məlum olub.

Belə ki, informasiya və əyləncə, habelə naviqasiya və rabitə sistemlərindən şikayətlərin sayı son zamanlar artıb. Hazırda bu səpkidə şikayətlərin sayı ümumi şikayətlərin 20 faizini təşkil edir. Avtomobil sahibləri daha çox blutuzdan, səsli komandaların və naviqasiya sisteminin qeyri-dəqiq olmasından, müxtəlif qurğuların ümumi sistemə qoşulmamasından şikayət edir.

Brend avtomobillər arasında etibarlılıq baxımından son 5 ildə liderliyi qoruyub saxlayan marka "Leksus" hesab olunur. "Leksus" markalı hər 100 avtomobildə cəmi 95 problem aşkar edilib. Növbəti pillələrdə "Porşe" və "Buik" müvafiq olaraq 97 və 106 problemlə qərarlaşıb.

Dördüncü yerdə 113 problemi olan "Toyota", daha sonra 120 problemlə GMC, 125-lə "Şevrolet", 126 problemlə "Honda" və 129 problemlə "Akura" qərarlaşır.

"Linkoln" markası 132 problemlə, "Audi" 134, "Mersedes-Benz" 135, "İnfiniti" 136, "BMV" 142, "Kadillak" 145 nöqsanla siyahını davam etdirir.

Digər avtomobil istehsalçıları problem sayına görə belə düzülür: "KİA" (153), "Mini" (155), "Hunday" (158), "Mitsubişi" (161), "Mazda" (163), "Kraysler" (165), "Subaru" (166), "Ssion" (167), "Volsvagen" (169_, "Fiat" (171), "Nissan" (173), "Cip" (181), "Lend Rover" (198), "Smart" (199), "Ford" (204).

Siyahını 208 nöqsanla "Dodc" tamamlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm