Elmar Məmmədyarov: “Sergey Lavrov Qarabağla bağlı ağıllı təkliflər irəli sürdü”
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: “Sergey Lavrov Qarabağla bağlı ağıllı təkliflər irəli sürdü”

“Azərbaycanın işğal edilmiş ərazilərində erməni qoşunlarının mövcudluğu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında ən böyük problemdir”.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Vestnik kavkaz” saytına açıqlamasında deyib.

MDB xarici işlər nazirlərinin görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsindən də danışan E. Məmmədyarov birliyin üzv dövlətlərinin münaqişəyə diqqətinin Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib: “Hərbi toqquşmalar mülki əhalinin də həlak olmasına gətirib çıxartdı, xüsusilə Azərbaycan tərəfindən. Digər tərəfdən, işğal olunmuş ərazilərdə Azərbaycan əhalisi etnik təmizlənməyə məruz qalmış, evlərindən qovulmuşdu. Əgər indi orada mülki əhali yaşayırsa, bildiyim qədər onlar erməni hərbi qulluqçularının ailələridir”.

Azərbaycanlı nazir Rusiyanın münaqişənin sülh yolu ilə prosesini sürətləndirməsi təşəbbüsünü alqışladığını diqqətə çatdırıb.

“Əgər həqiqəti demək lazımdırsa, son beş ildə danışıqlar prosesi praktiki olaraq aparılmırdı. Dmitri Medvedyev Rusiya prezidenti olanda intensiv danışıqlar gedirdi. Sonradan isə təəssüf ki, proses dondu. Hər kəsə aydındır ki, mövcud status-kvo qəbuledilməzdir. İlk növbədə Ermənistan dərk etməlidir ki, o, öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxartmalıdır. Gərginliyin qarşısının alınmasının yeganə yolu budur. Çünki ən böyük problem işğal olunmuş torpaqlarda erməni hərbiçilərinin mövcudluğudur”, - deyə o bildirib.

E. Məmmədyarov münaqişənin nizama salınması üçün hazırda irəli sürüklən təkliflərə də toxunub: “Sergey Lavrov ötən ilin yayında əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini irəli sürdü. Deyə bilərəm ki, onun tərəfindən kifayət qədər ağıllı təkliflər səsləndirildi. Bu təkliflər həmçinin yazılı sürətdə ifadə olunub və biz buna rəsmi şəkildə reaksiyamızı bildirmişik. Biz gözləyirdik ki, yanvar ayında prosesdə canlanma olacaq. Lakin son görüşlərdə erməni tərəfi bu təklifləri rədd etdi. Biz bu gün yenidən Lavrov təkliflərini müzakirə etdik”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm