Nida.az
Bayrağın qiyməti
Bir az əvvəl, son günlərin əsas hadisələri fonunda satış mərkəzlərində üçrəngli bayrağımızın qiymətinin qalxdığını gördüm.Vətənin dəyəri, torpağın müqəddəsliyi onu yenidən qazanmaqla ölçüldüyündən indi hər şeyin mənası dəyişir və əhəmiyyəti artır. Yəqin, sadəcə materialına çəkilən xərcin hesabına istehsalçı şirkətlərimiz son durumdan yararlanmaq istəyiblər. Əlbəttə, qoy olsun. Məğlubiyyət, hətta ən dəyərli varlığı belə gözdən salır, heçə çevirir.
İndi QALİB ŞƏHİDLƏRİN qanı hesabına Bayrağımızın qiyməti qalxıb. Onu uca edən və yüz minlərlə oğlumuza-qızımıza sevdirən də bax budur.
Sezar hər zaman Bayrağı əskərlərin özündə aparmağı əmr edərdi. Yəqin,qanlı döyüşlərə atılan cəngavərlərin gücünü artıran kətan parçanın nə qədər möhkəm zireh olduğunu qüdrətli imperator da yaxşı bilirmiş. Tarix bayraqları bələk və kəfən etməklə ona ikili tale yaşadıb. Amma bayraqlar heç zaman ölmür və basdırılımır. Yalnız insan övladı başlanğıcdan sona qədər bir libası geyinə bilir. Bəxtəvər o adamın başına ki, son mənzilə yola düşərkən ÜSTÜNƏ BAYRAQ ÇƏKİLSİN. İNDİ ÖZÜNÜNÜZ HESABLAYIN,SON GEYİMİN QİYMƏTİ NEÇƏYƏDİR?
Görürüsünüz, ərəb dünyasındakı
münaqişələrin nəticəsi Nyu-York birjalarında necə tez hiss olunur?
Çünki,müharibələri aparan tanklar-toplar iqtisadiyyatın da əsas
çəkici qüvvələridiR. Qan və neftin qiymətini sinxronlaşdırlanlara
isə Azərbaycan əskəri fərqli bir reallıq təklif etdi. Qoy hər zaman
torpaqlara tökülən insan qanları milli ruhun simvolu olan
BAYRAQLARIN QİYMƏTİNİ QALDIRSIN!
"İlahi Təpə" dediyiniz o yüksəkliyə hansı qiymətə bayraq alıb
sancmaq istərdiniz?
- See more at: http://teleqraf.com/news/93430#sthash.xjVxC6S8.dpuf
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom