Nida.az
Məxfi Qarabağ iclasının stenoqramı: “Sarkisyanı özüm güllələyəcəm!”
Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa
səfəri zamanı keçirdiyi müzakirələrin detalları məlum
olub.
Publika.az xəbər verir ki, Ermənistanın “lragir”
saytı axşam saatlarında keçirilən qapalı müzakirələrdə əsl dava
düşdüyünü yazıb.
Saytın məlumatına görə, qapalı iclasda Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu plana uyğun
olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə olunub: “Plana
uyğun hansı ərazilərin boşaldılacağı dəqiq olmasa da, iclasda ciddi
fikir ayrılığı olduğu məlumdur. Məlumatlara görə, bu müzakirələrdə
“Daşnaksütyun” partiyası da iştirak edib, həmçinin, bir neçə
general da orada olub. Müzakirə təkcə Qarabağdakı hərbiçilərlə
aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi və hərbiçi də
olub. Sarkisyan Rusiyanın Qarabağ planını təqdim edib və ciddi
etirazla qarşılanıb”.
Sayt qeyd edir ki, sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa
qalxıb və qapını çırparaq çıxıb.
“Məlumatlara görə, deputat general Vitali Balasanyan bildirib ki,
kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü
güllələyəcək. Dağlıq Qarabağın (qondarma “DQR”) “xarici işlər
naziri” isə çıxışında Rusiyanın planına uyğun danışıb. Maraqlıdır
ki, iki il əvvəl Qarabağda Rusiyanın Krımı zəbt etməsi münasibətilə
konsert verilirdi. İndi orada Qarabağın təslim edilməsi ilə bağlı
Rusiya planı müzakirə olunur”, - deyə sayt bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!