İlhamənin bacısı od püskürdü: “Bacım küçə qadını olub?” – QALMAQAL
Bizi izləyin

Magazin1

İlhamənin bacısı od püskürdü: “Bacım küçə qadını olub?” – QALMAQAL

Tanınmış müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyevanın mərhum xalq artisti İlhamə Quliyeva haqqında verdiyi açıqlama səs-küy doğurub.

Publika.az-a açıqlama verən mərhum xalq artistinin bacısı Gülbahar Quliyeva bu açıqlamanı sərsəmləmə adlandırıb: “Ayıb olsun bəzi insanlara ki, bacım haqqında belə nalayiq sözlər danışırlar. İlhamə bəyəm küçə qadını olub ki, kiminləsə qeyri-qanuni nikahdan uşaq dünyaya gətirsin? Samirə İlhamə xanımın qohumudur, inanmıram o belə ifadələr işlətsin. Belə cəfəngiyatı danışmaq böyük məsuliyyət tələb edir. Niyə qoymurlar bacım məzarda rahat yatsın”.

S.Mirəliyeva mərhum sənətkar barədə belə deyib: “Oxuyuram, yazırlar ki, İlhamə xanımın doğma övladı olub. Xeyr, bu, qətiyyən belə deyil. O, ömründə bircə dəfə hamilə olub və uşağı 7 aylıq olarkən ölü doğulub. Bu hardasa qırx ilin söhbətidir. Uşağın atası isə Bakının tanınmış şəxslərindən biri idi və indi də sağdır, səksənə yaxın yaşı var. Sadəcə, adını çəkmək istəmirəm. İlhamə xanım bu şəxslə uzun müddət vətəndaş nikahında yaşayıb. İlhamə xanım həmişə bir qız övladının olmasını arzu edərdi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm