Əmanətçilərə 24 min manatlıq kompensasiya
Bizi izləyin

Ekopublika.az

Əmanətçilərə 24 min manatlıq kompensasiya

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verən “Bank of Azerbaijan” ASC-nin və “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə ödənilən kompensasiyaların məbləğini açıqlayıb.

Publika.az fonda istinadən xəbər verir ki, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 23,869 min manat kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 871 min manat kompensasiya ödənilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm