Sevdiyiniz kişini bürcünə görə tanıyın!
Bizi izləyin

Qoroskop

Sevdiyiniz kişini bürcünə görə tanıyın!

Zodiak işarələri hər birimizin davranışlarına və fikirlərinə təsir edir. Hətta bürcümüz hisslərimizin və ehtirasımızın hansı gücdə olacağını da müəyyənləşdirir.

Publika.az xəbər verir ki, Türkiyəli astroloq Susan Miller bürclərin seksual uyğunluğunu, eləcə də kişilərin sevgisini qorumağın yollarını izah edib.

Qoç bürcü

İsti və aktiv mars planeti tərəfindən idarə olunan Qoç bürcləri yataqda aqressivdir. Onların nizamlı və çox aktiv seks həyatına ehtiyacı var. Onun sevgisini qorumaq istəyirsinizsə, bədəninizə yaxşı qulluq edin, xoş ətirli kremlərdən istifadə edin. İncə, seksual alt paltarlarının da kişinin ağlını başından çıxaran önəmli detal olduğunu unutmayın. Qoç bürcləri macəranı və risk etməyi çox sevir. Odur ki, cəsarətli addımlar atın, onu fikirlərinizlə təəccübləndirməyə çalışın.

Buğa bürcü

Romantik oyunlardan xoşu gəlmir, qarşı tərəfin zövq aldığını görmək istəyir. Saçlarının oxşanmasını, sığal və nəvazişləri çox sevir. Qadının zahiri görkəminə, cazibəsinə əhəmiyyət verir. Seksdə hakimiyyəti əlində saxlamaq istəyir, tabe olmağı xoşlamır. Yataqda onun ehtiyaclarını ödəyən güclü və ehtiraslı qadın arzulayır.

Əkizlər bürcü

Əkizlər bürcü üçün seks əyləncədir. Onların diqqət mərkəzində olmağı bacaran qadınlardan xoşu gəlir. Yataqda fantaziyaları sərhəd tanımır, ancaq qadının yaradıcı olması lazımdır. Məsələn, gözlənilməz yerlərdə sekslə məşğul olmaqdan çəkinmir.

Xərçəng bürcü

Xarizmatik, sirli və cəlbedici Xərçəng bürclərinə romantik sözlər, baxışlar çox təsir edir. Olduqca qısqancdırlar. Hissləri qüvvətli olan xərçənglər tərəf müqabilinin yataqda nə istədiyini yaxşı bilir. Yeri gəlmişkən, onu da bildirək ki, sinə dekoltesini çox bəyənirlər.

Şir bürcü

Şir bürclərində erotizm hissi son dərəcə yüksəkdir. Xüsusi olduğunu hiss etdirən qadınlarla görüşməyə üstünlük verir. Anadangəlmə liderlik hissinə malik olan Şir bürcləri idarə edilməyi sevmir. Şir bürcləri ehtiraslı və diqqətcil aşiqdir, ancaq hisslərinin qarşılığını da tələb edirlər.

Qız bürcü

Qız bürcünün kişiləri ancaq sevdiyi qadınla sekslə məşğul olur. Onların məsum görüntülərinin altında olduqca aktiv və şəhvətli kişi yatıb. Ətirə nifrət edirlər, onlar üçün qadının təmiz olması kifayətdir. Onların ən böyük bacarığı qarşı tərəfin yataqdakı arzu və istəklərini reallaşdıra bilməsidir. Bəzən uzaqlaşmağı sevir, o anlarda üstünə getməmək lazımdır. Qız bürcünün kişiləri masaj edən qadınlara da biganə qalmır.

Tərəzi bürcü

Bu bürcün kişiləri üçün şərait çox əhəmiyyətlidir. Məsələn, yaxşı hazırlanmış romantik süfrə, şam işığı, qəşəng geyim, qadının anlayışlı olması kişiyə olduqca təsir edir. Tərəzi bürcünün kişiləri sevdiyi qadını həmişə ideal formada, qüsursuz və zərif alt paltarında görmək istəyir. Krujeva alt paltarları və həzin musiqi onların ehtirasını alovlandıran vacib məqamlardır. Qarşı tərəfi təmin edə bilmək üçün əlindən gələni edəcək.

Əqrəb bürcü

Əqrəblər şəhvət hissi ilə mübarizə apara bilmir, onların həyatında seks hava və su kimi mühüm yer tutur. Qadından xoşu gəlibsə, sevməsə də instinktiv olaraq onunla sekslə məşğul olmağı arzulayır. Eyş-işrətdə sərhəd tanımır, qadının da eyni şəkildə düşünməsini gözləyir. Münasibəti ya onun qaydaları ilə oynamalı, ya da onu tərk etməlisiniz.

Oxatan bürcü

Qadın onu istədiyini bildirməli, amma tamamilə təslim olmamalıdır. Həyəcanı duymaq istəyir, yataqda cəlbedici, qayğıkeş və diqqətlidir. Ancaq çox tez bezən bürc olduqları üçün qarşı tərəfin onu təəccübləndirməsini gözləyir. Oxatan bürcləri çox arvadbazdır, evli olsalar da başqaları ilə görüşməkdən imtina etmirlər. Oxatan bürclərinin enerjisi çox olduğundan seks və idmana ehtiyacı çoxdur, ancaq onlar ağıllı qadınlarla söhbət etməkdən daha böyük zövq alırlar.

Oğlaq bürcü

Oğlaq bürcünün kişiləri çox seksual olsalar da hisslərinə hakim ola bilirlər. Oğlaqların ehtirasını alovlandırmaq üçün çox zəhmət çəkmək lazım olmur. Ümumiyyətlə, Oğlaq bürcləri ən sadiq bürc kimi tanınır. Oğlaq kişiləri uğurlu karyera qura bilən və özünə güvənən qadınlardan xoşlanır. Oğlaqlarda yumor hissi güclü olduğundan sizi gözlənməyən anda güldürə bilər. Məsələn, yataqda gözlənilməz anda sizi qəhqəhəyə boğa bilər...

Dolça bürcü

Başdan çıxarmaq, qadının arxasınca qaçmaq Dolça bürcündən olan kişilərə xas xüsusiyyətlər deyil. Ümumiyyətlə, onları əldə etmək çox çətindir. Seks onun üçün təbii ehtiyacdır, amma yataqda sürprizləri çox bəyənir. Ağıllı, orijinal fikirli, yeri gələndə məsafə qoymağı bacaran qadınlar onların diqqətini çəkir. Dolça bürcünə aşiq olan ağıllı qadın ona heç vaxt təzyiq göstərməz. Çünki onlar işinə müdaxilə olunmasını və göstərişləri qətiyyən sevmir.

Balıq bürcü

Balıq bürcləri hər cür insanla yola gedə bilirlər. Onlar çox nəzakətlidir və onunla da eyni şəkildə rəftar edilməsini gözləyirlər. Yataqda romantik, şəhvətli və oyunbaz Balıq bürcləri üçün fantaziyalar son dərəcə mühümdür. Əgər onu tərifləsəniz, yataqda möhtəşəm sevgili olacaq. Buna baxmayaraq, özlərindən çox qarşı tərəfin zövq almasına çalışırlar. Bu bürcün kişiləri xüsusi ilə gözəl ayağı olan qadınlara vurğundur.

Ahu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm