On yeddi qızın qatili saxlanıldı
Bizi izləyin

Dünya

On yeddi qızın qatili saxlanıldı

Rusiyanın Novosibirsk şəhərində 17 qızın qətlində ittiham edilən 51 yaşlı kişi saxlanılıb.

Publika.azlenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda Rusiyanın İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq idarəsinin xəbərində deyilir.

Qətllər 1998-ci ildən 2006-cı ilə qədər törədilib. İstintaqın məlumatına görə, qızlar “cinsi xidmətlər” üçün istifadə edilib və sonra öldürülüb. Kişi qurbanlarının bədənlərini vilayətin müxtəlif rayonlarında hissələrə parçalayaraq tullayıb.

Cinayətləri müasir texnikanın tətbiqi və genişmiqyaslı kriminalistik ekspertizaların nəticəsində açmaq mümkün olub. Üç min şahid dindirilib, 300-dən çox molekulyar-genetik tədqiqat keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm