Nyu-Yorkda 120 qanqster həbs olunub
Bizi izləyin

Dünya

Nyu-Yorkda 120 qanqster həbs olunub

Nyu-Yorkda 120-ə yaxın cinayətkar banda üzvü həbs edilib. Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, polis reydi Nyu-Yorkun tarixində ən böyük əməliyyat adlandırıb.

Polis komissarı Uliam Bratton bildirib ki, banda üzvlərinə bizim küçələrdə yer yoxdur. Onların həbsə gedəcəkləri yer, mənsub olduqları yerdir.

"Bu gün biz iki zorakı qanqster qruplaşmasını məhv etməyə çalışırıq. Onlar illər boyu şimali Bronks küçələrinə vahimə salmış və çox sayda adama qarşı zorakılıqlar törətmişlər," - Manhattan prokuroru Preet Bharara bildirib.

2 Fly YGZ və Big Money Bosses qruplarının üzvləri reketlik, narkotik və odlu silahla cinayətlər törədməkdə ittiham olunur.

Sübh çağı həyata keçirilən reydlərdə yüzlərlə Nyu York Polis Departamentinə məxsus hüquq-mühafizə orqanları əməkdaşları, federal agentliklər iştirak edib. Onlar şübhəliləri yaxalamaq üçün bəzi hallarda helikopter və zirehli maşınlardan istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm