ŞOK: ABŞ polisi küçədə gəzən adamı kamikadze bilib güllələdi – FOTOLAR
Bizi izləyin

Dünya

ŞOK: ABŞ polisi küçədə gəzən adamı kamikadze bilib güllələdi – FOTOLAR

ABŞ-ın Baltimore şəhərində "bomba həyəcanı" yaşanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, üzərində bomba geyindiyi iddia edilən kamikadze görünüşlü bir nəfər Baltimore şəhərində yayımlanan telekanalın binasına daxil olaraq, kanal rəhbərliyindən hökumətlə əlaqədar reportaj hazırlanmasını xahiş edib.

Şübhəli daha sonra telekanal binasını tərk edərək küçədə yeriməyə başlayıb. Bu zaman polis əməkdaşları ona küçədə atəş açaraq yerə yıxıblar.

20 yaşlı şübhəliyə baxış keçirilən zaman onun üzərindən aluminium paketə bükülmüş şokalad çıxıb.

Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm