Ana olmağa hazırlaşan Toppuş bacı qayınanasından danışdı
Bizi izləyin

Magazin1

Ana olmağa hazırlaşan Toppuş bacı qayınanasından danışdı

Toppuş bacı kimi tanınan aktrisa Tünzalə Əliyeva hamiləliyindən danışıb.

Publika.az xəbər verir ki, o, şad xəbəri birinci həyat yoldaşı ilə bölüşdüyünü, hazırda hamiləliyin qaydasında getdiyini bildirib: “Şükürlər olsun ki, hər şey yaxşıdır. Hələ ki, ad fikirləşməmişik, çünki uşağın cinsiyyəti məlum deyil, buna görə çox həyəcanlıyam. Səbirsizliklə ana olacağım, balamı qucağıma alacağım günü gözləyirəm. Əslində, qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas sağlam olmasıdır”.

Aktrisa ana olduqdan karyerasında fasilə vermək niyyətində olmadığını da bildirib. “Karyeramda ciddi fasilə verməyi düşünmürəm. Uşağın dünyaya gəlməsi yay aylarına düşdüyü üçün efirlərdən az da olsa, uzaqlaşdığım hiss olunmayacaq. Övladım dünyaya gəldikdən sonra onu dayəyə etibar etmək fikrim yoxdur”.

Tünzalə Əliyeva həyat yoldaşı və qayınanası ilə münasibətlərinin çox yaxşı olduğunu da vurğulayıb: “Həyat yoldaşım çox qısqanc olsa da, məşhurluğum ailə həyatıma təsir etmir. Qayınanamla münasibtələrimiz çox yaxşıdır, məni çox istəyir. Onlara qonaq gedəndə mənə çox yaxşı qulluq edir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm