Münasibətlər kəskinləşir: ABŞ vətəndaşını 10 il həbs
Bizi izləyin

Dünya

Münasibətlər kəskinləşir: ABŞ vətəndaşını 10 il həbs

Koreya Xalq Demokratik Respublikasının məhkəməsi Koreya mənşəli ABŞ vətəndaşını 10 il azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi Çinin “Sinxua” agentliyinə istinadən bildirib.

Kim Don Çxolya casusluqda və ölkədə mövcud olan ictimai quruluşun devrilməsinə yönələn hərəkətlərdə ittiham olunub. 62 yaşlı casus 2015-ci ilin oktyabrında Şimali Koreyanın nüvə proqramı haqqında məxfi informasiya ilə saxlanılıb. O, etiraf edib ki, Cənubi Koreyanın Birləşmə İşləri üzrə Nazirliyinin tapşırığını yerinə yetirib və buna görə mükafat alıb.

Kim Don Çxolya həmçinin Koreya Xalq Demokratik Respublikasında yerli əhalinin ağır həyatını təsvir edən şəkillər çəkib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm