Bakıdakı ayı belə tutuldu - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Bakıdakı ayı belə tutuldu - VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirdilər ki, artıq nazirliyin əməkdaşları həmin ərazidə olub və ayı balasını götürüblər.

“Həmin ayı balası nazirliyin Kinoloji Xidmət mərkəzinə aparılacaq.Daha sonra ayının haradan, necə gəlməsi araşdırılandan sonra müvafiq tədbirlər görüləcək”.

***

Hazırda Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "Bakubus"ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

ANS PRESS-ə daxil olan məlumata görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

"Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub", - deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm