Qırmızı.az
"Avtovağzal"ın liftini sındırdılar - 10 gün çəkdi
Bir neçə gün öncə "Avtovağzal" stansiyasında fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan lift açılışdan iki gün sonra sındırılıb.
Bu barədə ANS PRESS-ə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, həmin lift fiziki qüsurlu insanlar üçün nəzərdə tutulsa da, ondan sağlam insanlar daha çox istifadə edirlər.
"Həmin lift "Avtovağzal" stansiyasında tikilərkən onu sağlamlığında məhdudiyyət olan insanlar üçün nəzərdə tutmuşduq. Amma ondan hamı istifadə edir. Elə bunun nəticəsidir ki, liftə açılışdan iki gün sonra xələl yetirildi. Amma biz artıq lifti təmir etmişik", - deyə qurum rəsmisi bildirib.
Nəsimi Paşayev ötən günkü güclü yağışdan sonra stansiyanı "su basması" məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, "Avtovağzal" stansiyasının iki çıxışı var. Bunlardan birindən Bakıətrafı yaşayış məntəqələrinə gedən avtobuslar keçir. İkincisi ilə isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmək mümkündür.
"Ötən gün yağan güclü yağışdan sonra həmin çıxışlardan çıxanda yerdə kiçik gölməçələr olub. Amma stansiyada bir damcı su belə yoxdur. Gölməçələrin bizə heç bir aiddiyyəti yoxdur. Onu aidiyyəti orqanlar aradan qaldırmalıdırlar", - deyə mətbuat katibi qeyd edib.
Bakı Metropoliteninin "Avtovağzal" stansiyası bu il aprelin 18-də açılıb. "Avtovağzal" stansiyasının 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. "Avtovağzal" stansiyasında iki ədəd piramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə Biləcəri istiqamətinə, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin