Əsəd iki şəhərə hücum planlaşdırır
Bizi izləyin

Dünya

Əsəd iki şəhərə hücum planlaşdırır

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Rakka və Deyr-ez-Zor şəhərlərinə hücum etməyi planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki nümayəndəliklərindəki daimi nümayəndəsi Aleksey Borodavkin bildirib.

Rusiyalı diplomat xatırladıb ki, atəşkəs rejimi “İslam dövləti” (İŞİD), “Ən-Nüsra” Cəbhəsi və digər terror qruplaşmalarına aid edilmir. Rakka və Deyr-ez-Zor hazırda İŞİD terror qruplaşmasının əlindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm