Əfsanəvi boksçuya terror hücumu
Bizi izləyin

İdman

Əfsanəvi boksçuya terror hücumu

Terrorçulardan ehtiyat edən 8 çəki dərəcəsində sabiq dünya çempionu Menni Pakyao ailəsinin təhlükəsizliyini gücləndirib.

Publika.az xəbər verir ki, 37 yaşlı filippinli bu barədə dünən açıqlama verib. Filippin prezidenti Beniqno Akino “Əbu Səyyaf” terror qruplaşmasının Pakyaonu və ya övladlarından birini oğurlamaq istədyini deyəndən sonra sabiq boksçu təşvişə düşüb:

“Prezidentin açıqlaması məni çox həyəcanlandırdı. Həm də təəccübləndim. Axı bütün filippinliləri özümə dost hesab edirəm. Hamıya, xüsusilə də müsəlmanlara məhəbbətim var. Bu xəbərdən sonra ailəmin təhlükəsizliyini gücləndirmək qərarına gəldim”.

Aprelin 10-da karyerasında sonuncu döyüşünü keçirən “Pak Men” amerikalı Timoti Bredli üzərində qələbə qazanmışdı. Bundan 6 gün əvvəl - aprelin 4-də isə Pakyao ailəsi və dostlarıyla Los-Ancelesdə yerləşən yapon restoranlarından birindən çıxarkən naməlum şəxsin hücumuna məruz qalmışdı.

37 yaşlı dünya şöhrətli boksçunun aktivində 58 qələbə (38 nokaut), 6 məğlubiyyət və 2 heç-heçə var.

Hazırda o, mayda keçiriləcək Filippin senatına seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm