Ən çox bu rayonlarda valideynlər uşaqlarından imtina edir
Bizi izləyin

Qırmızı.az

Ən çox bu rayonlarda valideynlər uşaqlarından imtina edir

2015-2016-cı tədris ilində rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq göndərişinə əsasən 139 nəfər uşaq internat məktəblərinə və uşaq evlərinə yerləşdirilib.

Bu barədə Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib.

Təhsil Nazirliyindən bildirilib ki, bu tədris ilində daha çox Sabunçu, Xəzər, Qaradağ, Quba, Şəmkir rayonlarında və Sumqayıt şəhərində yaşayan valideyn himayəsindən məhrum olmuş şagirdlər rayon icra hakimiyyətlərinin sərəncamı əsasında internat məktəblərinə təlim-tərbiyə almaq üçün göndərilib.

Nazirlik uşaqlarını bu müəssisələrə göndərənlərin əsas səbəblərinə də aydınlıq gətirib.

“İnternat məktəblərinə maddi-məişət və tərbiyə şəraiti olmayan çətin həyat şəraitində olan ailələrin uşaqları, valideynin alkoqol və narkotikdən asılılığı, valideynin səfil həyat tərzi keçirməsi, uşağın ailədə təhqir və etinasızlığa məruz qalması, atanın (ananın) vəfat etməsi, yeganə valideynin ağır xəstə olması və ya əmək qabiliyyətli olmaması, yeganə valideynin yaşayış yerinin olmaması, valideynin ölkədə olmaması, atanın (ananın) və ya hər ikisinin həbsdə olması səbəbindən, tək anaların (ataların) övladları, səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) peşələrinin olmaması səbəbindən işləməməsi (iş tapa bilməməsi) və ya peşəsi olmayıb günəmuzd işlərdə çalışması, həmçinin valideynlərinin günün 12-14 saatını işdə olması, o cümlədən uşağın xüsusi təhsilə ehtiyacının olması səbəbindən yerləşdirilir”.

Qeyd edək ki, 2010-2015-ci illərdə Təhsil Nazirliyinin tabeliyində Mərkəzləşmiş Uçotunda olan 52 uşaq övladlığa verilib. Uçotda 33 uşaq övladlığa verilmək üçün qeydiyyatdadır. Onlar 5-17 yaş arasındadırlar. Həmin uşaqlar arsında 17 nəfəri sağlam,16 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqlardır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm