Rusiya Xəzərdə atəş açdı: “Kalibr”lər işə salındı
Bizi izləyin

Dünya

Rusiya Xəzərdə atəş açdı: “Kalibr”lər işə salındı

Rusiyanın Xəzər hərbi donanmasının gəmiləri “Kalibr” raket komplekslərinin tətbiqi ilə təlimlər keçiriblər.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlərə 20-dən çox hərbi gəmi, kater və təminat gəmisi, həmçinin “Dağıstan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç”, “Böyük Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk” və "Mahaçqala” kiçik artilleriya gəmiləri cəlb edilib.

Məlumata görə, bu təlim Xəzər dənizində aprelin 24-dən 28-dək qış təlim müddəti üçün yekun yoxlama çərçivəsində keçirilən təlimlərin son epizodu olub.

“Donanmanın gəmi zərbə qrupu dəniz hədəfləri üzrə raket zərbələrini yerinə yetirib. Tədris-döyüş tapşırıqlarının icra edilməsi zamanı dəniz hədəfləri müvəffəqiyyətlə vurulub”, - dairədə deyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm