21 nəfər jurnalistika oxumaq hüququ qazandı
Bizi izləyin

Qırmızı.az

21 nəfər jurnalistika oxumaq hüququ qazandı

Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, imtahanda magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş 25 bakalavrdan 22 nəfəri iştirak edib.

Qeydiyyatdan keçmiş üç bakalavr imtahanda iştirak etməyib, 1 bakalavr isə “qeyri-məqbul” qiymət alıb. Qabiliyyət imtahanından “məqbul” qiymət almış 21 bakalavr may ayının 3-dən 10-dək olan müddətdə aparılacaq proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanıb. Xatırladırıq ki, 21 bakalavrdan 14 nəfəri jurnalistika, digərləri isə başqa ixtisaslar üzrə təhsil almış məzunlardır. Onlar iyunun 5-də keçiriləcək imtahanın ikinci mərhələsində həmin proqram üzrə inşa (esse) yazacaqlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Bakalavrların magistraturaya qəbul imtahanının ikinci mərhələsində yazacaqları inşaya (esseyə) qoyulan tələblər və onların qiymətləndirilmə meyarları haqqında ətraflı məlumat “Magistr” jurnalının 2016-cı il tarixli 3-cü sayında verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm