“Azərbaycanı müdafiə etməyə başlayanda məni işdən çıxardılar”
Bizi izləyin

Nida.az

“Azərbaycanı müdafiə etməyə başlayanda məni işdən çıxardılar”

“Mən nəinki Azərbaycan, həm də Türkiyə haqda çıxışlarım zamanı “İhlas” Xəbər Agentliyindən heç bir xəbərdarlıq almamışdım. Bu qərar qəfil oldu”.

Publika.az xəbər verir ki, bu barədə “İhlas” Xəbər Agentliyinin Moskvadakı keçmiş müxbiri, Rusiya-Türkiyə münasibətləri və Dağlıq Qarabağ məsələsində Rusiya telekanallarında ermənilərlə ciddi mübarizə aparmış Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyəni müdafiə etdiyim vaxt deyil, Azərbaycanı müdafiə etdiyim zaman işdən çıxarılması diqqət çəkən məqamdır.

“Yəni məhz Dağlıq Qarabağ haqda fikirlərimi səsləndirdikdən sonra qəfil şəkildə işdən çıxarıldım. Buna görə də işdən çıxarılmağımın səbəbini Rusiyada erməni lobbisinin “İhlas”ın içindəki əlaqələrində görürəm. Yəqin ki, gec-tez işdən çıxarılmağımın əsas səbəbi ortaya çıxacaq”, - deyə o bildirib.

F. Abbasov hesab edir ki, Rusiyanın ABŞ və Avropa ilə informasiya müharibəsi apardığı bir vaxtda bu məqamdan istifadə etməliyik: “Fikrimcə, biz indi Rusiya mediasına öz mütəxəssislərimizi yerləşdirə bilsək, ruslar bunu məmnuniyyətlə qəbul edərlər. Çünki onlara Qərb düşüncəli mütəxəssislərdənsə, regionu tanıyan insanlar lazımdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm