“Barselona” və “Real”ın futbolçuları birlikdə şam edəcək?
Bizi izləyin

İdman

“Barselona” və “Real”ın futbolçuları birlikdə şam edəcək?

“Barselona”nın futbolçusu Xerard Pike “Real”ın oyunçusu Alvaro Arbeloa ilə münasibətlərindən danışıb.

Bu futbolçuların arasında uzun müddətdi ki, “soyuq müharibə” gedir. Onlar sosial şəbəkələrdə bir-birlərinə ironiyalı ifadələr ünvanlayırlar. Hətta bəzi futbolçular onlara sərhədləri aşmamaq barədə tövsiyə də verib.

Publika.az xəbər verir ki, Pike Arbeloa ilə münasibətlərinin o qədər də gərgin olmadığını deyib. O, “Real”ın futbolçusu ilə heç bir problem olmadan şam edə biləcəyini bildirib:

“Heç bir problem olmadan onunla şam edərəm. Əslində, bunu dəfələrlə etmişik. Milli komandanın oyunları zamanı daim bir yerdə oluruq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm