Fövqəladə halların idarə olunması geo-informasiya bazası yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Fövqəladə halların idarə olunması geo-informasiya bazası yaradılacaq

Azərbaycanın bütün ərazisində fövqəladə halların idarə olunması geo-informasiya bazası yaradılacaq.

Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxış edən Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

Nazir müavini qeyd edib ki, fövqəladə hallar atlasının hazırlanmasında müvafiq infomasiya bazasının yaradılması sosial iqtisadi əhəmiyyətə malikdir: "Burada yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri, biznes-struktur obyektləri, strateji neft-qaz kommunikasiya xətlərində fövqəladə halların qurulması, istehsal qüvvələrinin yerləşdirilməsi kimi məsələlər öz əksini tapacaq. Bu işdə FHN və AMEA və digər dövlət qurumlarının iştirakı nəzərdə tutulub. Bazanın yaradılmasında məqsəd fövqəladə halların opertiv idarə edilərək, ölkə ərazisində risk və təhlükələrin dayandırılması, fövqəladə hallarda vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi və ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya bazasının yaradılmasıdır. Artıq bunun üçün yol xəritəsi hazırlanıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm