Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Gələn ay Avropa şəhərlərinin birində, çox güman ki, Brüsseldə Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

E. Məmmədyarov bildirib: "Dəqiq tarix sonra müəyyən ediləcək. Azərbaycan heç vaxt danışıqlar prosesindən imtina etməyib".

Ermənistan Prezidenti Serj Sarkiysanın danışıqların bərpa edilməsi şərtləri barədə bəyanatını şərh edən nazir deyib ki, hər hansı şərt irəli sürməklə sülhə nail olmaq mümkün deyil: "Kimsə Yerevanda hər hansı şərt irəli sürərək danışıqlar prsoesini davam etdirə və status-kvonu qoruya biləcəyini düşünürsə, o səhv edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm