Ziyafət Əsgərovdan jurnalistlərə İRAD
Bizi izləyin

Qırmızı.az

Ziyafət Əsgərovdan jurnalistlərə İRAD

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov kütləvi informasiya vasitələrini (KİV) insan alveri ilə bağlı məlumat hazırlayan zaman diqqətli olmağa çağırıb.

Publika.az xəbər verir ki, Z.Əsgərov jurnalistlərin tez-tez işlətdiyi ifadələri ehtiyatla seçməyin vacibliyini vurğulayıb: “İnsan alverinə qarşı mübarizədən danışırıq gərək ictimaiyyət və mətbuat da dəstək olsun. Bir də baxırsan ki, yazırlar filan futbol klubun üzvü başqa futbol klubuna satılıb. Burada müqavilə və transferdən söhbət gedir. Satılıb nə deməkdir? Bu insandır və necə alver predmeti ola bilər? İnsan alverinə qarşı mübarizədən danışırıq, amma belə sözlər eşidirik. İfadələrdə ehtiyatlı olmalıyıq”.

Deputat Elmira Axundova isə təklif edib ki, erkən yaşda ərə verilən qızlar da insan alveri qurbanlarının siyahısına salınsın: “Bu problemlə ciddi məşğul olmaq lazımdır. Eyni zamanda Sumqayıtda başqa dilənçilik növü peyda olub. Oğlanlar, uşaqlar əlil kimi Sumqayıtın giriş hissəsində, 4 yolda dilənirlər və əlil olan vətəndaşların imicinə zərər gətirirlər.

Dövlət əlil vətəndaşlarına diqqət ayırır, yardım göstərir. Amma özlərini əlil göstərən şəxslərlə bağlı ciddi işlər görülməlidir və onlar haqqında aidiyyəti qurumlara məlumat verilməlidir”.

E.Axundova qeyd edib ki, son illər insan alverinin əcaib formaları da meydana çıxıb: “Terror təşkilatlarına kişilərlə yanaşı, qadınlar da cəlb olunur. Terror düşərgələrindən azad olunan qadınlar danışarkən deyirlər ki, onları evlənmək adı ilə gətiriblər və cinsi istismara məruz qoyublar.

Terror təşkilatlarına qoşulmaq istəyən insanlara qarşı ciddi tədbirlər görülməlidir. Onları nəzarətdə saxlamaq və terror təşkilatlarına qoşulmasının qarşısını almaq lazımdır. Belə hallar hesabatda da təklif edərdim ki, öz əksini tapsın”.

Millət vəkili Fəzail Ağamalı isə azyaşlı, yetkinlik yaşına çatmayan qız uşaqların zorla nikaha cəlb edilməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, bu, əslində həmin qızların cinsi və fiziki istismarı deməkdir:

“Bu istiqamətdə tədbirlər görülür, bunlar öz yerində, ancaq hesab edirəm ki, bu məsələ ilə bağlı daha sərt addımlar atılmalıdır, mübarizə daha da gücləndirilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm