Siyavuş Novruzov: “Eməni əsirliyində olanların siyahısı BMT-yə göndərilməlidir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Eməni əsirliyində olanların siyahısı BMT-yə göndərilməlidir”

“Dünyada baş verən hadisələr istər-istəməz insan alveri sahəsində Azərbayacana da təsir edir. Ona görə də təklif edərdim ki, milli kordinatorun bu sahədə apardığı işlərdə iştirak edən insanların sayı daha da artırılsın”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazovun 2015-ci il üzrə illik hesabatının müzakirəsi zamanı bildirib.

Deputat bildirib ki, gündəlik olaraq uşaqların məcburi əməyə cəlb olunması halları ilə qarşılaşmaq olur:

“Təbii ki, hüquq mühafizə orqanlarının əməkdaşları problemin qarşısını almaq üçün ciddi şəkildə mübarizə aparır. Ancaq reallıq budur ki, hansı sahədə gəlir varsa, orada mütləq mövcud problemlər ortaya çıxır. Bundan başqa, uşaqların reabilitasiyaya cəlb olunması ilə bağlı müvafiq qurumlar da öz güclərini birləşdirməlidir”.

S.Novruzov qeyd edib ki, mətbuatda bu sahədə təbliğat işi olduqca zəif aparılır: “Mətbuatda bu sahənin problemlərindən bəhs edən yazılar çox az işıqlanır. Həmçinin, televiziyalarda bu tip sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir.

Ermənistanın girov götürdüyü azərbaycanlıların daxili orqanlarının satılması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilsin. Onların tapılması məsələsi daha da gücləndirilsin. Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Ancaq yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər. Bu baxımdan, beynəlxalq məhkəmədə hər hansı bir cinayət işinin açılması ilə əlaqədar addımlarımızı artırmalıyıq ki, gələcəkdə bu kimi halllar bir də təkrarlanmasın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm