Moskvada 720 azərbaycanlı “bomj” var - ŞOK STATİSTİKA
Bizi izləyin

Qırmızı.az

Moskvada 720 azərbaycanlı “bomj” var - ŞOK STATİSTİKA

Moskva şəhəri üzrə İnsan Hüquqları Mərkəzinin rəhbəri Tatyana Potyayeva şəhərdəki evsizlərin və küçələrdə sərgərdan həyat tərzi keçirən “bomj”ların statistikasını açıqlayıb.

Məlumata görə, Potyayeva paytaxtda təxminən 12 min nəfərdək “bomj” olduğunu deyib.

Onlarnı 59%-nin Rusiyanın başqa regionlarından və qonşu ölkələrdən gəldiyini xatırladan hüquq müdafiəçisi “bomj”ların milli tərkibini də açıqlayıb.

Statistikaya görə, Rusiya paytaxtındakı “bomj”ların 14%-i Moksvanın keçmiş sakinləri, 9%-i isə Moskva vilayətinin sakinləridir.

Qalan “bomj”ların 59%-ı isə digər Rusiya subyektlərindən gələn vətəndaşlardır.

Əcnəbilər ümumi “bomj”ların 18%-ni təşkil edir. Onlar arasında ukraynalılar 38%, belaruslar 30%, Özbəkistan vətəndaşları 7% və Azərbaycan vətəndaşları 6% (720) təşkil edir. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm