Natavan Həbibi şəkililəri coşdurdu – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Natavan Həbibi şəkililəri coşdurdu – FOTO/VİDEO

Şəki şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.

Publika.az xəbər verir ki, tədbirdə TÜRKSOY ölkələrinin folklor qrupları, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, Estrada ulduzlarından isə Natavan Həbibi və Elnur Məmmədov iştirak edib. “Ana vətənim” mahnısıyla tədbirdə çıxış edən Natavan Həbibi sonda bütün iştirakçıları səhnəyə dəvət edib və tədbir Müslüm Maqomayevin Azərbaycan mahnısı ilə yekunlaşıb. Müğənni öz instaqram səhifəsində tədbir haqqında fikirlərini bölüşüb.

TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən “Türkvision” 2011 festivalında da Azərbaycanı N.Həbibi təmsil etmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm