Neft niyə bahalaşır?
Bizi izləyin

Ekopublika.az

Neft niyə bahalaşır?

İlin əvvəlində ən aşağı səviyyə nümayiş etdirən neftin qiyməti son bir ayda yenidən revanş götürüb. Artıq Brent markalı neft 48,44 dollar, WTI Crude markalı neft isə 46,52 dollar təşkil edir.

Neft bazarını Publika.az-a şərh edən iqtisadçı-ekspert Fikrət Yusifov deyir ki, neftin qiymətlərində son günlər baş verən müsbət dəyişikliklər dünya iqtisadiyyatın durğunluqdan çıxmasına təkan verəcək şərtlərdən biridir: “Qiymətlər qalxırsa, deməli dünyada yanacağa tələbat artır. Yanacağa tələbat isə istehsalın genişləndirildiyi və artdığı hallarda mümkün ola bilər. Bu səbəbdən neftin qiymətlərindəki artım templəri bütövlükdə dünya iqtisadiyyatının resessiyadan çıxmasında pozitiv rol oynayacaq. Digər tərəfdən, neftin qiymətlərində baş verən müsbət dəyişikliklər onun hasilatı ilə məşğul olan ölkələrə daha çox dvidendlər gətirəcək. Azərbaycanın 2016-cı il üçün Dövlət büdcəsinin dürüstləşdirilmiş variantında neftin bir barelinin qiyməti 25 ABŞ dolları həddində müəyyən olunub. Bundan yüksək olan qiymətlər hesabına daxil olacaq vəsaitlər isə Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artmasını təmin edəcək ki, bu da bütövlükdə müsbət haldır. Neftin qiymətlərinin bundan sonra necə dəyişməsindən asılı olmayaraq manatın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyi gözlənilən deyil. Əslində bu, heç arzuolunan da deyil. Məzənnədə baş verən son kəskin dəyişiklikdən sonra yaranan yeganə ciddi problem, banklardan əhaliyə xarici valyuta ilə verilmiş kreditlərin ödənişi ilə bağlıdır. Xarici valyutada verilmiş kreditlərin ödənişində yaranan həmən çətinliklər aradan qaldırılarsa, manatın məzənnəsinin bugünkü səviyyəsini real sektordan ixracın stimullaşdırılması üçün çox əlverişli hesab etmək olar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm