Ağdaş dairəsi üzrə iki namizəd qeydə alındı
Bizi izləyin

Qırmızı.az

Ağdaş dairəsi üzrə iki namizəd qeydə alındı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda MSK-nın 17 noyabr, 18 noyabr, 23 noyabr 2015-ci il tarixli, 15 aprel və 16 aprel 2016-cı il tarixli protokolları səsverməyə qoyularaq təsdiq edilib.

Daha sonra Nəzarət-təftiş xidmətinin yaradılması məsələsi müzakirə olunub.

MSK-nın katibi Arifə Muxtarova Nəzarət-təftiş xidmətin tərkibində yaradılacaq komissiya üzvləri haqda məlumat verib. Onun sözlərinə görə, komissiyada Vergilər Nazirliyi, Hesabla Palatası kimi dövlət qurumları da təmsil olunacaq.

Daha sonra MSK-nın tərkibində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi məsələsi və səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi səsə qoyularaq qəbul edilib.

A.Muxtarova YAP-ın səlahiyyətli və maliyyə məsələləri üzrə yeni nümayəndələr təqdim etdiyini bildirib: “Həmin şəxslər haqda araşdırma aparılaraq müəyyən olunub ki, onlar həqiqətən də parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi olaraq fəaliyyət göstəriblər”.

YAP-ın təqdim etdiyi səlahiyyətli nümayəndələr də səsvermə ilə qəbul olunub.

İclasda 90 saylı Ağdaş Seçki Dairəsində Milli Məclisə təkrar seçkilərlə əlaqələr iki partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Yeni Azərbaycan və Ümid partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm