Formula 1 üzrə növbəti Qran Pri start götürür
Bizi izləyin

İdman

Formula 1 üzrə növbəti Qran Pri start götürür

Bu gün Formula 1 üzrə Rusiya Qran Prisinə start veriləcək.

Publika.az xəbər verir ki, Soçidə keçiriləcək ilk yarış günündə sərbəst yürüşlər baş tutacaq. Aprelin 30-da pilotlar yenidən sərbəst yürüşə çıxacaqlar. Günün ikinci yarısında isə Formula 1 iştirakçıları təsnifat mərhələsində yarışacaqlar. Bir saat davam edəcək yürüş nəticəsində bazar günü keçiriləcək yarışda bolidlərin yer alacağı sıralar müəyyənləşəcək.

Pilotların mübarizə aparacağı Soçi Avtodromunun uzunluğu 5848 metrdir. 53 dövrədən ibarət olacaq Qran Pridə yarış məsafəsi 309.702 km-dir.

Həlledici yarış Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu, mövsümün 4-cü Qran Prisi olacaq. İlk 3 yarışın yekununa əsasən, "Mercedes" pilotu Niko Rosberq 75 xalla birinci pillədədir. Bakıda keçiriləcək Avropa Qran Prisinin elçisi Fernando Alonso isə xalsızdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm