Lənkərandan Bakıya “Ruhlar” gəlir
Bizi izləyin

Art

Lənkərandan Bakıya “Ruhlar” gəlir

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya gəlir. Teatr 4-5 may tarixlərində Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

Publika.az xəbər verir ki, Bakı tamaşaçıları iki gün ərzində Lənkəran Dövlət Dram Teatrının “Ruhlar” və “İlan Sultan” tamaşasına baxa biləcəklər.

İtalyan neorealizminin banisi Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanan “Ruhlar” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Tamaşada əsas rolları əməkdar artist Adil Zeynalov, aktyorlar Əbülfəz Axundov, Niftulla Əsgərov, Tərlan Abdullayev, Aynur Əhmədova, Gülər Kərimova, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edirlər.

“Ruhlar” tamaşası birinci Şəki Beynəlxalq Teatr Festivalında təşkilat komitəsinin diplomu ilə mükafatlandırılıb.

İranlı yazıçı Bəhram Beyzayinin eyniadlı əsəri əsasında hazırlanmış “İlan Sultan” tamaşasının rejissoru İrandan dəvət olunmuş rejissor Xeyrullah Təğiyanipurdur.

Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir.

Tamaşada əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva və digərləri ifa edirlər.

“İlan Sultan” tamaşası 2016-cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində qonşu ölkənin Təbriz və Məşhəd şəhərlərində uğurla oynanılıb və festivalın mükafatını qazanıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm