“Qarabağ” növbəti çempionluğun astanasında
Bizi izləyin

İdman

“Qarabağ” növbəti çempionluğun astanasında

Azərbaycan Premyer Liqasında 32 tura sabah start veriləcək. Bu turun oyunları iki gün ərzində baş tutacaq.

Publika.az xəbər verir ki, hesabat turunda Azərbaycan çempionunun adına aydınlıq gələ bilər. Zirədə keçiriləcək mərkəzi qarşılaşmanın nəticəsi qalan 4 turu formallığa çevirə bilər. Turnir cədvəlinin ilk 2 pilləsində qərarlaşan “Qarabağ”la “Zirə” üz-üzə gələcək. Ardıcıl 3-cü dəfə çempion olmaq üçün Ağdam klubuna 1 xal da kifayət edir.

Qurban Qurbanovun yetirmələri 8 oyundur xal itirmir və 12 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” isə öz meydanında uduzmağı sevmir və lideri də əliboş yola salmaq niyyəyindədir.

Bu oyuna qədər turun digər 4 matçı keçiriləcək. İlk matç günündə “Kəpəz” “Rəvan”ı, AZAL “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Avrokuboklara vəsiqə üçün mübarizə aparan meydan sahibləri autsayderlərlə görüşlərdə xal itirməməyə çalışacaq.

İkinci oyun günündə liderlərdən öncə “bürünc”ün daha iki iddiaçısı meydana çıxacaq. “İnter” və “Qəbələ” ev matçlarında xal hesabını artırmaq üçün “vuruşacaq”. “Bankirlər” iddiası qalmayan “Sumqayıt”, “Qəbələ” isə Avropa Liqası xəyalında olan “Neftçi” ilə üz-üzə gələcək.

Azərbaycan. Premyer Liqa, 32-ci tur

30 aprel

15:00 Kəpəz – Rəvan

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Gəncə şəhər stadionu

17:30 AZAL – Xəzər Lənkəran

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

AZAL Arena

1 may

16:30 Qəbələ – Neftçi

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu

19:00 Zirə – Qarabağ

Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

16:00 İnter – Sumqayıt

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məhəmməd Məmmədov

“İnter Arena”

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm