İlqar Məmmədov azadlığa buraxılmadı
Bizi izləyin

Qırmızı.az

İlqar Məmmədov azadlığa buraxılmadı

REAL Hərəkatının sədri İlqar Məmmədov haqda hökm qüvvədə qalıb.

Publika.az
xəbər verir ki, bu barədə REAL İdarə Heyətinin üzvü Natuiq Cəfərli məlumat yayıb.

Onun sözlərinə görə, qərar Şəki Apelyasiya Məhkəməsinin bu gün keçirilən iclasında verilib.

Qeyd edək ki, İ. Məmmədov 2013-cü il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti ilə Şəki Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm