“Onlar nədənsə bu düyməni basmaq istəmirlər” – Məleykə Abbaszadə
Bizi izləyin

Qırmızı.az

“Onlar nədənsə bu düyməni basmaq istəmirlər” – Məleykə Abbaszadə

Bu il ali məktəblərə qəbul üçün plan yerləri Təhsil Nazirliyi tərəfindən təqdim edilib. Bu il bakalavr səviyyəsi üzrə plan yerlərinin sayı 41310-dur, onların 34271-i dövlət, 7039-u özəldir. Bu il plan yerlərinin sayı ötən illə müqayisədə 4 min yer çoxdur.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ASAN Radionun efirində sualları cavablandırarkən deyib.

M.Abbaszadə onu da əlavə edib ki, bu il ali məktəbə qəbul üzrə I-IV ixtisas qrupu üzrə sənəd qəbulu başa çatıb.

“82733 nəfər ərizəsini təsdiqləyib, 3021 nəfər ərizəsini doldursa da, təsdiqləməyib. Onların 2445 nəfər əvvəlki illərin məzunlarıdır. Yəqin ki, sənədləşmədə problem var. Lakin maraqlısı budur ki, 381 nəfər bu ilin məzunlarıdır. Bu abituriyentlər bir düyməni basaraq təsdiqləyə bilərdilər, lakin bunu nə üçün etməyiblər bunu deyə bilmirik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm