Ermənistanda HƏYƏCAN: Rusiya erməniləri qurban verir
Bizi izləyin

Dünya

Ermənistanda HƏYƏCAN: Rusiya erməniləri qurban verir

“Rusiya düşünmədən Ermənistanın maraqlarını qurban verəcək”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsindən sonra erməni-rus münasibətləri pisləşib: “Bu münasibətlər getdikcə daha çox pisləşəcək. Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü heç bir xüsusi dəyər malik deyil. Rusiya Azərbaycanı ittifaqa cəlb etmək üçün Ermənistanın üzvlüyünə ehtiyac duyurdu. Əminəm ki, Azərbaycanın cəlb edilməsi üçün Rusiya Ermənistanı qurban verəcək”.

Baqtaryan əmindir ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair planı var: “Bu plan erməni tərəfi üçün əlverişsizdir. Rusiya bu planın reallaşması üçün hər şey etməyə hazırdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm