Avropa Birliyi CİA-nın layihəsi idi - ARXİV
Bizi izləyin

Dünya

Avropa Birliyi CİA-nın layihəsi idi - ARXİV

“ABŞ Böyük Britaniyanın Avropa Birliyindən mümkün çıxışına fəal mane olur və bunda təəccüblü heç nə yoxdur”.

Publika.az xəbər verir ki, bu haqda “Telegraph” nəşri yazıb. Nəşr qeyd edir ki, Avropanın inteqrasiyası lap əvvəldən Amerika layihəsi olub. Dövlət Departamentinin məxfilikdən çıxarılmış materiallarına görə, Amerika kəşfiyyatı Avropa Birliyinin yaradılmasını keçən əsrin ortalarından maliyyələşdirib. Belə, 26 iyul 1950-ci il tarixinə aid olan sənəddə Avropa Parlamentinin irəliləyişinə yönəlik kampaniya haqqında informasiya verilir. Strateji Xidmətlər İdarəsi (Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sələfidir) memorandumun təşəbbüskarı idi.

“Telegraph” bildirir ki, ABŞ həmişə Böyük Britaniyanın avrointeqrasiyasına xüsusi diqqət ayırıb.

Dərc edilmiş məlumatlara əsasən, CİA Avropanın Vaşinqtondan asılılığını saxlamağa və alternativ maliyyə mənbələrinin axtarışında Avropa Birliyinə mane olmağa çalışırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm